- 22:09
Türkiyənin Çanaqqala şəhərində bu il baş verən 130 meşə yanğınında 8196 hektar sahə zərər görüb.
E-huquq.az xəbər verir ki, bunu Çanaqqala Regional Meşə Müdiri Enver Demirci deyib.
Onun sözlərinə görə, yanğınlardan sonra meşələrin yenidən qurulması istiqamətində bərpa işləri başlayıb.
Belə ki, 2026-cı ilin sonuna qədər bu ərazilərdə meşəsalma işləri başa çatacağı gözlənilir.
“Bunlardan başqa Çanaqqalada 466 qeyri-meşə yanğınına da müdaxilə edilib”, - Enver Demirci əlavə edib.
Onun sözlərinə görə, Sarıcaeli yanğını 6 dəqiqə ərzində söndürülüb, 696 hektar meşə sahəsinə ziyan dəyib. Bayramiç Yiğitlerdə yanğın 7 dəqiqə ərzində söndürülüb və ümumilikdə 1052 hektar əraziyə ziyan dəyib. Çınarlıda yanğın 4 dəqiqə ərzində söndürülüb və 570 hektar əraziyə ziyan dəyib. Gelibolunun Pazarlı bölgəsindəki son yanğında 3804 hektar meşə sahəsi ziyan görüb.
Humay Eminqızı