- 22:09
İstanbul-Bağcılar–Yenikapı–Kirazlı Metro Xəttində hərəkət edən qatarlardan birinin əyləc balatalarından tüstü çıxıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Üçyüzlü” stansiyasına problemsiz şəkildə çatan qatardakı sərnişinlər təxliyə edilib.
Təhlükəsizlik işçiləri yanğınsöndürən balonlarla yanğına müdaxilə edib.
Stansiyanı tüstü bürüyüb.
Yanğın söndürüldükdən sonra qatar qaraj sahəsinə yola düşüb.
Humay Eminqızı