- 22:09
Rusiya ordusunun Kiyevə raket zərbələri nəticəsində Avropa İttifaqının (Aİ) Kiyevdəki səfirliyinin binası zərər görüb.
E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen məlumat verib.
“Mən indicə səfirimizin müavini ilə danışdım və şadam ki, əməkdaşlarımızdan heç biri zərər çəkməyib”, - Komissiya prezidenti bildirib.
Von der Leyen Rusiyaya maksimum təzyiq göstərməyə davam edəcəyinə söz verib və yeni, Rusiyaya qarşı 19-cu sanksiyalar paketini elan edib.
Humay Eminqızı