Qəzzada ölənlərin sayı 63 min nəfərə çatır


  • 16:53

İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 24 saatda 71 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda son 24 saatda 339 nəfərin yaralandığı da bildirilib.

Qəzzada son 24 saat ərzində humanitar yardım gözləyənləri hədəf alan hücumlarda 22 fələstinlinin öldüyü, 203 fələstinlinin isə yaralandığı bildirilir.

İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayının 62 min 966 nəfərə, yaralı sayı isə 159 min 266 nəfərə yüksəlib.

Humay Eminqızı

Oxşar xəbərlər