- 23:35
Bu gün Rusiya ordusunun Kiyevə hücumu nəticəsində 3-ü uşaq olmaqla 14 nəfər həyatını itirib.
E-huquq.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Hücum nəticəsində 38 nəfər yaralanıb.
Ukrayna Prezidenti Zelenski dağıntılar altında qalan insanların ola biləcəyini və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
“Rusiya danışıqlar masasında ballistik silahlara üstünlük verir. O, müharibəni bitirməkdənsə, öldürməyə davam etməyi seçir. Bu onu göstərir ki, Rusiya hələ də nəticələrdən qorxmur”, - o bildirib.
Zelenski sülh çağırışı edən, lakin indi səssiz qalan bütün ölkələrə reaksiya bildirərək, beynəlxalq ictimaiyyətdən aydın cavab gözlədiklərini vurğulayıb.
O, həmçinin Moskvaya qarşı yeni və sərt sanksiyaların tətbiqinə çağırıb.
Qeyd edək ki, Aİ Rusiyanın Kiyevə aviazərbəsi zamanı nümayəndə heyətinin binasının zədələndiyini bildirib. Aİ binanın zərər görməsi səbəbilə Brüsseldəki Rusiya səfirini çağırıb. Bundan əlavə, Britaniya hücumda "British Council" binasının zədələndiyini bildirib. Binasının zədələnməsindən sonra Britaniya Rusiya səfirini nazirliyə çağırıb.
Humay Eminqızı