- 23:35
Türkiyənin ən isti bölgələrindən biri olan Şanlıurfada hava temperaturu 49 dərəcəyə yüksəlib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, mövsüm normalarını xeyli üstələyən bu ekstremal istilər şəhərdə gündəlik həyatı mənfi təsir altına alıb.
Xüsusilə Atatürk Bulvarında yerləşən elektron termometrlər 49 dərəcə istilik göstərib. Qızmar istidən qorunmağa çalışan sakinlər isə Balıkgöl kompleksi, parklar və ağac kölgələrinə üz tutaraq sərinlənməyə çalışıblar.
Bəzi bölgələrdə insan və nəqliyyat axınında sakitlik müşahidə olunub. Havanın yüksək temperaturu açıq havada fəaliyyət göstərməyi çətinləşdirib.
Mütəxəssislər və yerli idarəetmə orqanları, sakinləri günün ən isti saatlarında çölə çıxmamaq, bol maye qəbul etmək və günəşdən qoruyucu tədbirlər görmək barədə xəbərdar edir.
Şəbnəm Mehdizadə