İstanbulda İŞİD-ə qarşı əməliyyatda 9 nəfər saxlanıldı


  • 17:41

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatlar nəticəsində 9 şübhəli şəxs yaxalanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Terrorla Mübarizə Şöbəsinin qrupları İŞİD terror təşkilatı və qarşıdurma bölgələri ilə əlaqəsi olan şübhəlilərin tutulması üçün əməliyyat keçirib.

Qruplar ölkə üçün təhlükə törətdiyi güman edilən şübhəlilərin ünvanlarını və şəxsiyyətlərini müəyyən edərək eyni vaxtda əməliyyat keçirib.

Əməliyyatda İŞİD-lə əlaqəsi olan və Tacikistanın tələbi ilə "silahlı terror təşkilatına üzv olmaq" iddiası ilə İnterpol tərəfindən qırmızı elanla axtarışda olan şəxs də daxil olmaqla 9 şübhəli yaxalanıb.

Ünvanlarda aparılan axtarışlar zamanı sənədsiz tapança, 9 patron, 118 min türk lirəsi, 12 min 500 dollar, 2 min avro, 17 qram qızıl və çoxlu sayda rəqəmsal material aşkar edilib.

Həmin şəxslərlə bağlı polis bölməsində əməliyyatlar davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər