- 23:35
Hindistanın barajlardakı artıq suyu boşaltması nəticəsində Pakistanın Pəncab əyalətində genişmiqyaslı sel fəlakəti baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan musson yağışlarının təsirli olduğu Ravi, Chenab və Sutlej çaylarında yerləşən barajlarda təhlükəli səviyyəyə çatan suyu boşaltmaq qərarına gəlib. Bu qərarın ardından, çayların səviyyəsi sürətlə qalxaraq Pakistan ərazisində ciddi daşqınlara səbəb olub.
Pakistani rəsmilər bildiriblər ki, baş verən sel səbəbilə 22 nəfər həlak olub. 600 minə yaxın insan təhlükəli ərazilərdən təxliyə olunub.
Yüzlərlə kənd su altında qalıb. Çoxsaylı körpülər dağılıb. Kənd təsərrüfatı sahələrinə böyük ziyan dəyib
Çaylarda suyun səviyyəsinin yüksək olduğu və daşma riskinin davam etdiyi qeyd olunub. Rəsmilər əhalini ehtiyatlı olmağa, təhlükəsiz zonalarda qalmağa və təxliyə çağırışlarına ciddi yanaşmağa çağırıb.
Pakistan hökuməti fəlakətin nəticələrini minimuma endirmək üçün fövqəladə tədbirlər görür və beynəlxalq yardım təşkilatları ilə əlaqəyə keçib.
Şəbnəm Mehdizadə