- 23:35
ABŞ prezidenti Donald Tramp tezliklə Ağ Evdə Polşa prezidenti Karol Navroçkini qəbul edəcək.
E-huquq.az xəbər verir ki, bu barədə Polşa Prezidentinin Kansler Aparatının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç məlumat verib.
"Gələn həftə, sentyabrın 3-də cənab prezident xaricə ilk səfərinə gedəcək. İlk xarici səfər Vaşinqtona olacaq", - Marçin bildirib.
Onun sözlərinə görə, Navrotskinin səfəri Ağ Evdə keçiriləcək qəbul ilə başlayacaq. Burada Polşa lideri əvvəlcə Tramp dar çərçivədə, daha sonra isə nümayəndə heyətləri tərkibində danışıqlar aparacaq.
Pşidaç əlavə edib ki, Vaşinqtondan sonra Navrotski Roma və Vatikanı, daha sonra isə Litva və Finlandiyanı ziyarət edəcək.
Humay Eminqızı