- 23:35
Ukrayna Silahlı Qüvvələri Lipetsk vilayətinə hücum edərkən partlayıcı maddələr daşıyan meteoroloji balonlardan istifadə edib. Ukrayna hərçiləri Rusiyanın mərkəzi bölgəsinə döyüş başlıqları olan üç meteoroloji balon atıblar. Həmin balonların istifadə tarixi və nəticələri barədə isə heç bir məlumat verilməyib.
E-huquq.az xəbər verir ki, bu barədə "RİA novosti" ölkənin Fövqəladə Hallar Xidmətinə istinadən məlumat yayıb.
Lipetsk vilayətinə qarşı rəsmi qeydə alınan sonuncu hücum Ukrayna Silahlı Qüvvələri tərəfindən avqustun 26-na keçən gecə həyata keçirilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bölgə üzərindəki hava hücumundan müdafiə sistemləri bir pilotsuz uçan aparatı vurub.
Daha əvvəl Ukrayna ordusu Rusiyanın müxtəlif regionlarına "terrorçu şar" adlandırılan partlayıcı şarları buraxmışdı. Bu şarlar, çox sayda drondan daha böyük yük daşıma qabiliyyətinə malikdir və altıya qədər 82 mm-lik minaatan mərmisi daşıya bilir. Yanvarda bu cür şar Kursk vilayətində müşahidə edilib. Oxşar hadisələr 2024-cü il ərzində bir neçə dəfə baş verib.