- 23:35
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışğı olub.
E-huquq.az xəbər verir ki, bu barədə Zelenski "X" sosial media hesabında məlumat yayıb.
Zelenski Ərdoğanla təhlükəsizlik təminatlarını geniş şəkildə müzakirə etdiklərini də vurğulayıb: "Milli təhlükəsizlik məsləhətçiləri indi hər bir spesifik komponent üzərində işləyirlər və bütün çərçivə sənədləri gələn həftə hazır olacaq. Prezident Ərdoğan, Türkiyənin xüsusilə Qara dənizdə təhlükəsizliyin təmin edilməsinə necə töhfə verə biləcəyini araşdırmaq üçün müdafiə nazirini bu prosesə cəlb etdiyini bildirdi. Təşəkkür edirəm".
Zelenski əlavə edib ki, danışıq zamanı Ərdoğanla ötən gecə rusların Ukraynaya hücümünü da müzakirə edib: "Ruslar ötən gecə Kiyevə 30-dan çox raket atıb, 600-ə yaxın pilotsuz uçuş aparatları göndəriblər. Bu hücum nəticəsində dördü uşaq olmaqla 17 nəfər həlak olub. Daha onlarla insanın vəziyyəti ağırdır və həkimlər indi onların həyatları üçün mübarizə aparırlar. Türkiyə müəssisəsi, Azərbaycan səfirliyi, Aİ nümayəndəliyi, "British Council" və yaşayış məntəqələrinə hücumlar olub. Bu, Putinin Ukrayna, ABŞ və Avropalı tərəfdaşlarımızın qətlləri dayandırmaq üçün göstərdiyi bütün səylərə cavabıdır. Ona görə də təzyiq lazımdır – sanksiyalar, tariflər və siyasi tədbirlər vasitəsilə. Biz güclü addımlar atılacağına ümid edirik".