Türkiyənin daha bir vilayətində meşə yanğını olub


  • 09:51

Türkiyənin Düzce vilayətində meşə yanğını başlayıb.

E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, Düzcenin Yığılca rayonunda Mengen və Karakaş kəndləri arasındakı meşəlik ərazidə naməlum səbəblərdən yanğın baş verib.

Əraziyə çoxlu sayda su maşını və yanğınsöndürmə qrupları göndərilib.

Külək nəticəsində alov ətrafa sürətlə yayılıb.

Bir müddət sonra yanğın nəzarətə götürülüb.

Ərazidə soyutma işləri davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər