- 17:38
Türkiyənin Karabük şəhərində ağır yol nqəliyyat hadisəsi baş verib.
E-huquq.az Türkiyə mediasına istinadən xəbə verir ki, Karabükün Eflani rayonunda iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
Toqquşmadan sonra hər iki avtomobildə yanğın baş verib.
Hadisə yerinə jandarma, polis, təcili tibbi yardım, xilasetmə qrupları cəlb edilib.
Yanğınsöndürənlər yanğını söndürüblər.
Qəza nəticəsində xəsarət alan 5 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib və yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Qəzaya görə müvəqqəti bağlanan yol nəqliyyat vasitələri və cəsədlər çıxarıldıqdan sonra açılıb.
Şəbnəm Mehdizadə