İngiltərədə cərrah dələduzluğa görə həbs edilib


  • 10:12

İngiltərənin Kornuoll şəhərində 49 yaşlı damar cərrahı Neil Hopper saxtakarlıq iddiası ilə həbs edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, 2019-cu ildə hər iki ayağı amputasiya edilmiş Hopper sığorta şirkətlərindən 466.000 funt sterlinqdən çox təzminat tələb edib.

Lakin onun bəzi iddiaları öz təsdiqini tapmayıb.

Belə ki, istintaq zamanı Hopperin dostuna yazdığı mesajlarda sığorta şirkətinə qarşı saxtakarlıq etdiyi məlum olub.

Məhkəmənin qərarına əsasən, cərrah saxta sığorta ərizələri hazırladığına və zorakılıq videoları paylaşdığına görə 2 il 8 ay həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, Hopper 2023-cü ilin dekabr ayında tibbi reyestrdən çıxarılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər