- 17:38
ABŞ-də vəkil Mark S. Zukerberq "Meta" şirkətini məhkəməyə verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, o, “Facebook”un qurucusu ilə eyni ada malik olduğu üçün tez-tez sosial media hesablarının bağlanmasından narazıdır.
Buna görə də vəkil məhkəmədə iddia qaldırıb.
Vəkil bildirib ki, şəxsiyyətini təsdiq edən sənədlər və fotolarla dəfələrlə sübut etməsinə baxmayaraq onun hesabı son səkkiz ildə beş dəfə dondurulub və nəticədə işindən olub.
Vəkilin məhkəmə vəsatətində qeyd olunub, onun “Facebook” reklamları ədalətsiz olaraq silinib bu çərçivədə vəkilə 11 min dollar zərər dəyib.
İddiadan sonra “Meta” hesabın səhvən bağlandığını etiraf edib və onun hesabını bərpa edib.
Şəbnəm Mehdizadə