Tramp Ağ Evdə texnologiya şirkətlərinin rəhbərlərini qəbul edib


  • 10:29

ABŞ prezidenti Donald Tramp Ağ Evdə bir çox aparıcı texnologiya şirkətlərinin rəhbərlərini qəbul edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Tesla və SpaceX şirkətlərinin sahibi və Trampla yaxın əlaqələri ilə tanınan İlon Maskın naharda iştirak etməməsi diqqət çəkib.

Tramp şam yeməyində etdiyi çıxışda süni intellektə qoyulan investisiyaları xüsusilə tərifləyərək, ABŞ-nin bu sahədə Çini qabaqladığını bildirib.

Şirkət rəhbərləri texnologiya sərmayələrinə verdiyi dəstəyə və töhfələrinə görə Trampa təşəkkür edib.

Daha əvvəl mətbuata qapalı olacağı açıqlanan tədbir axşam yeməyindən qısa müddət əvvəl mətbuata açılıb.

Trampla texnologiya liderləri sonda birgə şəkil çəkdiriblər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər