- 17:38
"Azəristiliktəchizat" ASC-nin müxtəlif nasoslar və işçi çarxlarının satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması olub.
Qeyd edək ki, həmin tenderin dəyəri 27.059,85 manat olub.
Şəbnəm Mehdizadə