- 17:38
İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 24 saatda 69 nəfər həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda son 24 saatda 422 nəfərin yaralandığı da bildirilib.
Qəzzada son 24 saat ərzində humanitar yardım gözləyənləri hədəf alan hücumlarda 6 fələstinlinin öldüyü, 190 fələstinlinin isə yaralandığı bildirilir.
İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayının 64 min 300 nəfərə, yaralı sayı isə 162 min 5 nəfərə yüksəlib.
Humay Eminqızı