- 13:09
Biləsuvar Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Telman Muxtarzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov məlumat verib.
Onun sözlərinə görə, hakim Mədinə Rəsulovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Telman Muxtarzadəyə bəraət verilib.
Qeyd edək ki, hadisə 2024-cü il oktyabrın 15-də Biləsuvar-Bəhramtəpə avtomobil yolunda qeydə alınıb. Belə ki, Telman Muxtarzadə idarə etdiyi "Scania" markalı yük avtomobili İlə hərəkətdə olarkən yolun əks istiqamətinə çıxan, İkram Əliyevin idarə etdiyi "KamAZ" markalı yük avtomobili toqquşub. Qəza nəticəsində sürücü İkram Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb.
Şəbnəm Mehdizadə