Şri-Lankada sərnişin avtobusu dərəyə yuvarlandı: 15 nəfər öldü


  • 17:38

Şri-Lankanın dağlıq bölgəsində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 15 nəfər həyatını itirib, 16 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə paytaxt Kolombodan təxminən 280 kilometr şərqdə yerləşən Vellayaya şəhərinin dağlıq ərazisində qeydə alınıb. Şri-Lanka polisinin verdiyi açıqlamaya görə, yüksək sürətlə hərəkət edən sərnişin avtobusu sürücünün sükan arxasında idarəetməni itirməsi nəticəsində dərəyə yuvarlanıb.

Qəza yerinə təcili yardım və xilasedici qüvvələr cəlb olunub. Yerli televiziya kanallarında yayımlanan görüntülərdə hərbçilərin ciddi şəkildə zədələnmiş avtobusun qalıqlarını dərədən çıxarmağa çalışdıqları əks olunub.

Qeyd edək ki, Şri-Lankanın xüsusilə dağlıq bölgələrində yol infrastrukturlarının zəifliyi və sürücülərin ehtiyatsızlığı səbəbindən ölümcül avtobus qəzalara tez-tez rast gəlinir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər