- 12:29
Astarada kütləvi zəhərlənmə olub.
E-huquq.az xəbər verir ki, Astara rayonunun Motlayataq kəndində kütləvi zəhərlənmə hadisəsi baş verib.
İlkin məlumata görə, kəndin 15-ə yaxın sakini halının pisləşməsi ilə rayon xəstəxanasına yerləşdirilib. Onlardan 10 nəfəri həkimlər tərəfindən infeksion şöbəyə köçürülüb.
Zərərçəkənlərin sözlərinə görə, onlar qarpız yedikdən sonra səhhətlərində ciddi problemlər yaranıb və təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.