- 20:39
Türkiyənin Kocaeli vilayətinin Başiskele rayonunda yerləşən anbarda yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə içərisində kimyəvi maddələr olan anbarda qeydə alınıb.
Hadisə yerinə Kocaeli və ətraf rayonlardan çox sayda yanğınsöndürən briqadalar cəlb edilib.
Yanğın yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində nəzarət altına alınıb.
Hazırda ərazidə soyutma və təhlükəsizlik tədbirləri davam etdirilir.
Yanğının səbəbi hələlik məlum deyil.
Şəbnəm Mehdizadə