Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 161 nəfər saxlanılıb


  • 10:02

Türkiyədə İŞİD terror təşkilatına qarşı son bir həftə ərzində 38 vilayətdə eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində terror təşkilatının tərkibində fəaliyyət göstərdiyi və maliyyə dəstəyi verdiyi müəyyən edilən 161 nəfər şübhəli şəxs saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatlarla bağlı detalları daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşıb.

Nazir bildirib ki, Ankara və İstanbul da daxil olmaqla 38 vilayətdə eyni vaxtda həyata keçirilən əməliyyatlarda çoxlu sayda icazəsiz silah, təşkilati sənəd və rəqəmsal material ələ keçirilib.

"Millətimizin əmin-amanlığı və təhlükəsizliyi naminə əməliyyatlarımızı fasiləsiz davam etdiririk", - deyə Yerlikaya qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər