- 20:39
ABŞ-ın Massaçusets ştatında yerləşən Massaçusets Universitetinin yataqxanası yaxınlığında atəş səslərinin eşidilməsi ilə əlaqədar tələbələr təxliyə olunub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə universitetin Boston şəhərinin Dorşester bölgəsində yerləşən kampusunda baş verib.
Boston polisi hadisə ilə bağlı məlumat verərək yataqxana binasının yaxınlığında atəş səslərinin eşidildiyi barədə xəbər aldıqdan sonra ərazidə genişmiqyaslı təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini bildirib.
Sosial mediada yayılan görüntülərdə polis əməkdaşlarının yataqxana binasında olan tələbələri binadan uzaqlaşdırdığı, tələbə və kampus işçilərinin əlləri havada ərazidən çıxarıldığı əks olunub.
Universitet rəhbərliyi "X" sosial media platformasında yayımladığı açıqlamada, Dorşester kampusunda polis tərəfindən əməliyyatın davam etdiyini və hadisəyə dair ətraflı məlumat veriləcəyini qeyd edib.
Qeyd edək ki, təxminən 15 min tələbəsi olan universitetin kampusunda baş verən insident zamanı hər hansı bir xəsarət alanın olub-olmadığı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə