- 20:39
Türkiyədə 2025-ci ilin avqust ayı son 55 ilin ən isti 4-cü avqust ayı kimi tarixə düşüb.
E-huquq.az xəbər verir ki, Meteorologiya Baş İdarəsinin məlumatına görə, 1991-2020 illər üzrə avqust üçün orta temperatur 25,1 dərəcə təşkil etdiyi halda, bu rəqəm 2025-ci ilin avqustunda 1,4 dərəcə artaraq 26,5 dərəcəyə yüksəlib.
Ay ərzində ölkənin bəzi bölgələrində temperatur iqlim normallarına yaxın olsa da, əksər ərazilərdə normadan yüksək olub. Ən aşağı temperatur 3,8 dərəcə ilə Ardahanda, ən yüksək isə 47,7 dərəcə ilə Adananın Kozan rayonunda ölçülüb.
Türkiyədə avqustun orta temperaturu sonuncu dəfə 2006, 2010 və 2023-cü illərdə mövsümi orta göstəricilərdən yüksək olub. Keçən ay havanın temperaturu 25,1 dərəcəni keçib və bu, son 55 ilin dördüncü ən isti avqust ayı olub.
Şəbnəm Mehdizadə