Fransa Polşaya "Rafale" qırıcı təyyarələri göndərir


  • 10:20

Rusiya pilotsuz uçuş aparatlarının (PUA) Polşanın hava məkanını pozmasından sonra Fransa prezidenti Emmanuel Makron NATO-nun Polşa üzərində hava hücumundan müdafiəsini gücləndirmək üçün Fransanın "Rafale" qırıcılarını yerləşdirəcəyini açıqlayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Makron bu barədə "X" sosial media hesabında yazıb.

O, NATO-nun baş katibi Mark Rutte, İngiltərə baş naziri Keir Starmer və Polşanın baş naziri Donald Tusk ilə Polşanın hava məkanının qorunmasını müzakirə etdiyini bildirib.

Qitə təhlükəsizliyinin onların mütləq prioritetləri olduğunu vurğulayan Makron, “Rusiyanın Polşaya pilotsuz təyyarə hücumlarından sonra mən NATO müttəfiqlərimizlə birlikdə Polşa hava məkanının və Avropanın şərq hissəsinin qorunmasına töhfə vermək üçün üç "Rafale" döyüş təyyarəsini yerləşdirməyə qərar verdim", - deyə qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər