Nepalda etiraz aksiyalarında ölənlərin sayı 50-yə çatdı


  • 10:28

Nepalda sosial media istifadəsinə qoyulan qadağa səbəbilə başlayan etirazlarda həyatını itirənlərin sayı 50-yə çatıb.

E-huquq.az-ın məlumatına görə, bu xəbəri “Agence France-Presse” yayıb.

Xatırladaq ki, əksəriyyəti gənclərdən ibarət olan nümayişçilər korrupsiya ilə bağlı ittihamlara və hökumətin sosial media platformalarını bloklama qərarına qarşı etirazlarını bildiriblər.

Aksiyalarda iştirak edənlər hökumətə aid binaları, o cümlədən parlament, Ali Məhkəmə və prokurorluq binalarını yandırıblar, həmçinin siyasətçilərin və dövlət qulluqçularının evlərinə hücum ediblər. Ölkədə komendant saatı da tətbiq olunub.

Sentyabrın 9-da etirazların gedişində hökumət sosial media qadağasını ləğv edib.

Humay Eminqızı

Oxşar xəbərlər