23.10.2026
Nigeriyada “Lassa” qızdırması 166 nəfərin ölümünə səbəb olub
Dünya

Nigeriyada “Lassa” qızdırması 166 nəfərin ölümünə səbəb olub

Okt 3, 2025

Nigeriyanın paytaxtı Abucanın 21 vilayətində "Lassa" qızdırması ilə mübarizə davam edir.

E-huquq.az xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin açıqlamasında bildirilir.

Bildirilib ki, yanvar-sentyabr aylarında ölkədə 7673 yoluxma faktı qeydə alınıb və 166 nəfər bu xəstəlikdən dünyasını dəyişib.

Xatırladaq ki, ötən il ölkədə bu virusdan 190 nəfər həyatını itirib.

Humay Eminqızı