- 12:33
Almaniyanın Münhen hava limanında dronlar aşkar edildikdən sonra uçuşlar dayandırılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir kİ, bu barədə Münhen hava limanı məlumat yayıb.
Məluamat görə, 17 reys ləğv edilib, 15 təyyarə Ştutqart, Nürnberq, Vyana və Frankfurta yönləndirilib.
Federal Polisin sözçüsü Stefan Bayer bildirib ki, ilk dron görüntüsü yerli vaxtla saat 21:30-da, ikincisi isə bir saat sonra aşkarlanıb. Qaranlıq səbəbindən dronların növü, ölçüsü və mənşəyi ilə bağlı heç bir məlumat verilməyib.
Son həftələr Avropanın bir çox hava limanı naməlum dronlara görə fəaliyyətini müvəqqəti dayandırıb. Danimarka və Norveçdəki hava limanları və hərbi bazaların yaxınlığında pilotsuz uçuş aparatları aşkar edildikdən sonra bağlanıb.
Münhendəki insident minlərlə sərnişinin yolda qalmasına səbəb olub.
Humay Eminqızı