23.10.2026
İranda 5,3 bal gücündə zəlzələ baş verib
Dünya

İranda 5,3 bal gücündə zəlzələ baş verib

Okt 3, 2025

İranın İsfahan şəhərində 5,3 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə İranın Milli Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 12:05-də İsfahanın şimal-şərqindəki Zavareh bölgəsində qeydə alınıb.

Tehran və Qumda da hiss edilən zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Hələlik dağıntılar barədə məlumat verilməyib.

Humay Eminqızı