Rusiyada daha bir terror aktının qarşısı alınıb


  • 6 Oktyabr 11:49

Rusiyanın Krasnoyarsk vilayətində sinaqoqda terror aktı planlaşdıran iki əcnəbini saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Əcnəbilərin saxlanıldığı zirzəmidə partlayıcı maddələr hazırlamaq üçün lazım olan ləvazimatlar ələ keçirilib.

Onlara qarşı terror aktı hazırlamaq və terror fəaliyyətinə yardım etmək ittihamı üzrə cinayət işi açılıb.

Bundan əlavə, Rusiyanın Pyatiqorsk şəhərində Yəhudi Dini İcmasının binasını yandırmağı planlaşdıran ölkə vətəndaşı da saxlanılıb.

Humay Eminqızı

Oxşar xəbərlər