- 15:04
Portuqaliyada "Klaudiya" qasırğası nəticəsində 2 nəfər ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Portuqaliyanın Milli Fövqəladə Hallar və Mülki Müdafiə Agentliyi (ANEPC) məlumat yayıb.
Məlumata görə, qasırğa ölkənin mərkəzi bölgələrində ciddi fəsadlar törədib.
Güclü yağış zamanı bir evin su altında qalması nəticəsində 88 yaşlı iki nəfər ölüb.
Ərazidə evləri su altında qalan 10 nəfər isə təxliyə edilib.
Kəskin hava şəraiti 13 mindən çox insanı işıqsız qoyub.
200-ə yaxın ağac aşıb, 1500-dən çox məntəqə su altında qalıb.
Portuqaliyanın bir çox bölgəsində bar və restoranlar bağlanıb, dərslər ləğv edilib.
Baş nazir Luis Monteneqro həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
Şəbnəm Mehdizadə