Slovakiyada bu qanun layihəsi əhalinin narazılığına səbəb olub


  • 15:04

Slovakiyada velosipedçilər, sadə və elektron skuterlər üçün səkilərdə 6 km/saat sürət həddinin tətbiqi ilə bağlı qanun layihəsi geniş müzakirələrə səbəb olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, yeni tənzimləmə həm sosial mediada, həm də ictimaiyyətdə ciddi tənqidlərə səbəb olub.

Qanuna görə, sürət həddini aşan istifadəçiləri 100 avroya qədər cərimə gözləyir. Qanun yanvarın 1-də qüvvəyə minəcək, lakin polisin bu limiti necə tətbiq edəcəyi bəlli deyil.

İstifadəçilər belə aşağı sürətlə tarazlığı saxlamağın çətin olmasından şikayətlənir.

Vətəndaş cəmiyyəti təşkilatları da öz növbəsində prezidenti qanunu imzalamamağa çağırıb.

Polisin məlumatına görə, ötən il qəzalarda 67 piyada və 22 velosipedçi və ya skuter istifadəçisi həlak olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər