Almaniyada 714 neo-nasist barəsində həbs qərarı çıxarılıb


  • 10:13

Almaniyada neo-nasist qruplaşmasının 714 üzvü barəsində həbs qərarı çıxarılıb.

E-huquq.az xarici mtbuata istinadən xəbər verir ki, Almaniyada zorakılıq törədən və qruplaşmanın üzvü olan 535 nəfər axtarışa verilib.

Axtarışda olan neo-nasistlərdən 115-i xaricə qaçıb. Onlardan 20-nin Polşaya, 13-nün Avstriyaya qaçdığı məlum olub.

Federal Polisin (BKA) qeydlərinə görə, 2024-cü ildə ifrat sağçı ekstremistlər 42 788 cinayət törədiblər. Bu, 2023-cü ilə nisbətən 50 faiz çoxdur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər