Berlində siqaret kötüklərini yerə atanlar 3 min avro cərimələnəcək


  • 10:28

Almaniyanın paytaxtı Berlində siqaret kötüklərini yerə atan şəxslər 250-3000 avroya qədər cərimə olunacaq.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Berlində Senat şəhər boyu çirklənmə ilə mübarizə üçün yeni qərarı təsdiqləyib.

Qərara əsasən küçələrə tikinti tullantılarını tökən şəxslər 100 min avroya qədər cərimələnəcək.

Bununla belə, qanun pozucusu qadağadan xəbərsizdirsə, ilkin olaraq 55 avroluq xəbərdarlıq ediləcək.

Senatın təsdiq etdiyi cərimələr kataloquna görə, yerə plastik torbalar, birdəfəlik kağız fincanlar, şirə qutuları və ya saqqız atmağa görə cərimə 250-500 avroya qədər artırılıb.

Yol kənarında və ya küçənin ortasında döşək, çamadan, divan, uşaq arabası, şəkil çərçivələri və böyük qutuların saxlanmasına görə cərimələr iki dəfə artırılaraq 300 avrodan 1500 avroya qədər artırılıb.

Televizor, paltaryuyan maşın, soyuducu və radiator kimi elektron cihazların qeyri-qanuni şəkildə məhv edilməsi və ya atılması 1000 avrodan 15 min avroya qədər cərimə ilə nəticələnəcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər