Hindistan ABŞ ilə qaz sahəsində müqavilə imzalayıb


  • 10:36

Hindistanın neft-qaz şirkətləri - “Indian Oil Corporation”, “Bharat Petroleum” və “Hindustan Petroleum” ABŞ-ilə ildə 2 milyon tondan çox maye təbii qaz almaq üçün bir illik müqavilə imzalayıblar.

E-huquq.az xəbər verir ki, bu barədə Cənubi Asiya Respublikasının neft və qaz naziri Hardip Sinqh Puri məlumat verib.

“Hindistanın neft şirkətləri ildə təxminən 2,2 milyon ton mayeləşdirilmiş qazın tədarükünə dair bir illik müqaviləni uğurla bağlayıblar ki, bu da 2026-cı ilin müqavilə ili üzrə bizim illik idxalımızın təxminən 10%-ni təşkil edəcək və Meksika körfəzi sahillərindən həyata keçiriləcək”, - Puri bildirib.

O qeyd edib ki, bu, Amerika mənşəli maye təbii qazının Hindistan bazarına tədarükünə dair ilk müqavilədir.

Humay Eminqızı

Oxşar xəbərlər