- 12:26
İran son 50 ilin ən şiddətli quraqlığı ilə mübarizə aparmaq üçün yeni üsullar tətbiq edilir.
E-huquq.az xarici KİVə istinadən xəbər verir ki, bu il yağıntılar uzunmüddətli orta göstərici ilə müqayisədə təxminən 89% azalıb.
Nəticədə anbarlarda su ehtiyatı kəskin azalıb.
Quraqlıqla mübarizə çərçivəsində ölkədə süni yağış texnologiyasına başlanılıb. Bu, ilk olaraq Urmiya gölünün hövzəsində həyata keçirilib.
Prezident Məsud Pezeşkian keçən həftə belə davam edərsə, Tehranda sudan istifadənin məhdudlaşdırılaacağını istisna etməyib.
Süni yağış texnologiyası təbii buludların tərkibini kimyəvi maddələrlə dəyişərək yağışın yağmasını təmin edir.
Texnika bir çox ölkədə onilliklər ərzində istifadə olunub. Birləşmiş Ərəb Əmirlikləri də son illərdə oxşar səyləri həyata keçirir.
Şəbnəm Mehdizadə