22.10.2026
Kamçatkada 5,6 maqnitudalı zəlzələ olub
Dünya

Kamçatkada 5,6 maqnitudalı zəlzələ olub

Dek 2, 2025

Rusiyanın Kamçatka yarımadasında 5,6 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 369 kilometr məsafədə yerləşib.

Zəlzələnin ocağı 26,5 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Humay Eminqızı