Milli Məclis 2026-cı ilin dövlət büdcəsi layihəsini ikinci oxunuşda qəbul etdi - YENİLƏNİB


  • 2 Dekabr 15:27

Milli Məclis "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib.

E-huquq.az xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirə edilən layihə ikinci oxunuşda qəbul olunub.

Qeyd edək ki, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7 % çox), xərclərinin isə 41 milyard 703,6 milyon manat (+0,7 %) olacağı gözlənilir.

Son nəticədə dövlət büdcəsində 3 milyard 94,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,4 % çoxdur.

2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə 44 milyard 969,4 milyon manat, xərclərinin isə 48 milyard 839,3 milyon manat olacağı gözlənilir.

Bunlar, 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 2,3 % və 2,5 % çoxdur.

Son nəticədə icmal büdcədə 3 milyard 869,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 5,2 % çoxdur.

Büdcədə neftin bir barelinin qiyməti 65 ABŞ dolları götürülüb.

***

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb.

E-huquq.az xəbər verir ki, iclasın gündəliyinə 2026-cı il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda müzakirəsi daxil edilib.

İclas spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.

Oxşar xəbərlər