- 10:37
Türkiyənin İstanbul şəhərində sərnişin avtobusu yanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Arnavutköy ərazisində hərəkətdə olan avtobusda naməlum səbəblərdən alovlanıb.
Tüstünü görən sürücü avtobusu yolun kənarına çəkib. Xoşbəxtlikdən avtobusda sərnişin olmayıb.
Hadisə yerinə göndərilən yanğınsöndürənlər yanğını söndürüblər.
Yanğın nəticəsində avtobus yararsız hala düşüb.
Şəbnəm Mehdizadə