22.10.2026
Avtomobil və TIR toqquşub: 4 nəfər ölüb
Dünya

Avtomobil və TIR toqquşub: 4 nəfər ölüb

Dek 4, 2025

Türkiyənin Kütahya şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kütahya-Tavşanlı dairəvi yolunun kəsişməsində avtomobilin arxadan TIR-a çırpılması nəticəsində 4 nəfər həyatını itirib.

Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürənlər və polislər göndərilib.

Həyata keçirilən tədbirlər nəticəsində 4 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəzaya qatı duman və həddindən artıq sürətin səbəb olduğu ehtimal edilir.

Şəbnəm Mehdizadə