23.10.2026
Tramp Venesuelanı hədələdi:
Dünya

Tramp Venesuelanı hədələdi:

Dek 4, 2025

ABŞ prezidenti Donald Tramp narkotik ticarətinin qarşısını almaq üçün Venesuelaya təzyiqləri artırdıqları bildirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransından sonra jurnalistlərin Venesuela ilə bağlı suallarını cavablandırarkən deyib.

Ağ Ev lideri səlahiyyət müddəti ərzində Venesueladan ABŞ-yə daşınan narkotiklərin miqdarının 91 faiz azaldığını qeyd edib.

Venesuela ətrafında narkotik daşıyan qayıqlara edilən hücumlara toxunan Tramp tezliklə quruda hücumlara başlayacaqlarını qeyd edib.

"Mən qayıqlara zərbə endirmək qərarını dəstəkləyirəm. O qayıqları idarə edənlər ölkəmizdə insanları öldürməyə cəhd etməkdə günahkardır" – deyə Tramp əlavə edib.

Şəbnəm Mehdizadə