- 00:39
Qəzzada 16 500-dən çox xəstənin tibbi evakuasiyaya ehtiyacı var.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sosial mediada paylaşımında məlumat verib.
Baş direktor bildirib ki, son iki ildə Qəzzadan 5 600-dən çoxu uşaq olmaqla, 10 620-dən çox xəstə təxliyə edilib.
O, İordaniya və Türkiyə rəsmilərinə buna görə təşəkkür edib.
Qebreyesus daha çox ölkəni həmrəylik nümayiş etdirməyə və fələstinli xəstələri qəbul etməyə çağırış edib.
Şəbnəm Mehdizadə