23.10.2026
Ankarada yaşayış binasında güclü yanğın: 8 nəfər tüstüdən zəhərləndi
Dünya

Ankarada yaşayış binasında güclü yanğın: 8 nəfər tüstüdən zəhərləndi

Dek 11, 2025

Türkiyənin paytaxtı Ankarada yaşayış binasında yanğın nəticəsində 8 nəfər tüstüdən zəhərlənib.

E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, Altındağ rayonunda yerləşən dördmərtəbəli yaşayış binasının bağçasında yerləşən və köhnə əşyaların olduğu sahədə naməlum səbəbdən yanğın başlayıb. Yanğın sürətlə binaya keçib.

Xəbər verildikdən sonra hadisə yerinə təcili tibbi yardım, polis, yanğınsöndürənlər göndərilib.

Yanğınsöndürənlər bina sakinlərini təxliyə edib və təxminən iki saatlıq müdaxilədən sonra yanğını nəzarət altına alıb və söndürüblər.

Yanğın nəticəsində 2 mənzil yararsız hala düşüb.

Tüstüdən zəhərlənən 8 nəfər xəstəxanaya çatdırılıb.

Yanğının başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Şəbnəm Mehdizadə