Danimarkada 170 ildir istifadə edilən poçt qutuları satışa çıxarılır


  • 12:44

Danimarkanın milli poçt xidməti "PostNord" ölkədə 170 ildir istifadə edilən poçt qutularını satışa çıxarır.

E-huquq.az xəbər verir ki, PostNord ilin sonunda Danimarkaya son poçt qutularını çatdıracağını və buna görə də ölkənin illik xeyriyyə kampaniyası olan "Danmarks Indsamling"ə 1200 poçt qutusu bağışlayacağını açıqlayıb.

Elana görə, dekabrın 15-də 1000 poçt qutusu onlayn satışa çıxarılacaq.

Məhsullar Fotex pərakəndə satış şəbəkəsinin saytında 1500-2000 Danimarka kronu (200-267 avro) arasında dəyişən qiymətlərlə əldə ediləcək.

Yanvar ayında isə daha 200 poçt qutusu hərraca çıxarılacaq.

"PostNord"un indiyədək ölkədə təxminən 1500 poçt qutusu var idi. Bu qutuların hazırkı dizaynı 1876-cı ilə aiddir; Danimarkada ilk poçt qutusu 1851-ci ildə Kopenhagendə quraşdırılıb.

Şirkət bu restrukturizasiyanı 2000-ci ildən bəri göndərilən məktubların sayının 90%-dən çox azalması ilə əsaslandırıb. Bu proses həm də işçi qüvvəsinin 30% azalması ilə nəticələnib.

Bundan sonra məktubların çatdırılması vəzifəsi əsasən qəzet yayımı ilə məşğul olan Dao şirkətinə keçəcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər