- 9 Yanvar 23:12
Fransada "Qoretti" qasırğası ciddi fəsadlar törədib.
E-huquqaz xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Meteorologiya Agentliyi "Meteo France"ın məlumatına görə, güclü külək riski ilə əlaqədar dünən 32 əyalətdə narıncı xəbərdarlıq verilib.
Küləyin sürəti saatda təxminən 200 kilometrə çatıb.
Daxili İşlər Nazirliyi qasırğa nəticəsində 6 nəfərin yüngül xəsarət aldığını bildirib.
Ölkənin şimalında, o cümlədən Normandiya bölgəsində bir çox qatar reysləri ləğv edilib.
Şəbnəm Mehdizadə