- 15 Yanvar 23:51
Türkiyədə narkotik vasitələrdən istifadə etməkdə ittiham olunan daha 15 məşhurun analizlərinin nəticəsi müsbət çıxıb.
E-huquq.az xəbər verir ki, prokurorluğun apardığı narkotik istintaqı çərçivəsində 20 şübhəlinin qan və saç nümunələri məhkəmə tibbi-ekspertiza tərəfindən yoxlanılıb.
Açıqlanan hesabatda 15 nəfərin testinin müsbət, 5 nəfərin isə mənfi olduğu qeyd olunub.
Aparılan yoxlamalar zamanı iş adamı Mahmut Uğur Ziylan, sosial media fenomeni Melisa Şahin, model Melisa Fidan Çalışkan, Erdi Çetin, Uğur Can Peker, Yağmur Uçkun, Atilla Aydın, Nuran Çokçalışkan, Burak Kaptan, Müzeyyen Karakan, Murat Can Şirin, Ozan Kılıç, Esra Yoldaş Balcı, iş adamı Hamdi Burak Beşer və Yılmaz Burak Bozkurtun nümunələrində kokain maddəsi aşkar edilib.