- 15 Yanvar 23:00
Venesuelanın müvəqqəti hökuməti ABŞ-nin bütün tələblərini yerinə yetirir və ABŞ Prezidenti Donald Tramp əməkdaşlığın davam etməsini gözləyir.
E-huquq.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün mütəmadi keçirilən brifinqdə bildirib.
"Dövlət katibi Marko Rubio, eləcə də administrasiya Delsi Rodriqes (Bolivar Respublikasının səlahiyyətli Prezidenti) və Venesuelanın müvəqqəti hökumətinin digər üzvləri ilə daimi təmasdadır, onlar əməkdaşlığa hazır olduqlarını nümayiş etdirirlər. Hazırkı məqamda onlar ABŞ-nin və Prezidentin bütün tələblərini və xahişlərini yerinə yetiriblər", - o deyib.
"Prezident indiki vəziyyətdən məmnundur və əməkdaşlığın davamlı olmasına ümid edir", - K.Livitt əlavə edib.
Mənbə: Report