Cənubi Koreyanın sabiq prezidenti 5 il həbs cəzasına məhkum edildi


  • 11:20

Məhkəmə Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yolu 5 il həbs cəzasına məhkum edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 2025-ci il yanvarın 3-də Prezidentin Mühafizə Xidməti Seuldakı iqamətgahında Yun Sok Yolu hüquq-mühafizə orqanları tərəfindən həbs edilməsinə imkan verməyib. Bu, yalnız ikinci cəhddə - 2025-ci il yanvarın 15-də mümkün olub.

Həmin vaxt o, hələ də formal olaraq fəaliyyətdə olan prezident sayılırdı, lakin parlamentdə impiçment elan edildiyi üçün səlahiyyətləri dayandırılmışdı.

Bu iş üzrə prokurorluq sabiq prezidentin 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Yun Sok Yolun vəkilləri artıq qərardan şikayət verəcəklərini bildiriblər.

Qeyd edək ki, ümumilikdə Yun Sok Yolu 8 cinayət işi üzrə təqsirləndirilir. Onlardan 4-ü hərbi vəziyyətin tətbiqi ilə bağlıdır.

Humay Eminqızı

Oxşar xəbərlər