Sevgilisinin keçmiş ərini döyən şəxslə bağlı QƏRAR


  • 11:27

Naxçıvanda sevgilisinin keçmiş ərini döyməkdə təqsirləndirilən Samir İbrahimovun (şərti ad-soyad) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az-ın məlumatına görə, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, S.Bayramov aralarında sevgi münasibəti olan Rəna Əliyeva (şərti ad-soyad) ilə telefonla daşıan zaman sonuncu keçmiş həyat yoldaşı Natiqin onun işlədiyi qadın geyim mağazasının qarşısına gəldiyini və azyaşlı uşaqları ilə birlikdə onu yaşadığı evə yola salmaq üçün gözlədiyini bildirib. Bu hal Samiri əsəbləşdirib və avtomobillə həmin ünvana gedib. Mağazanın qarşısına çatdıqdan sonra Natiqə avtomobilə minməyi və birlikdə kənarda söhbət etməyi təklif edib. Natiq yanında azyaşlı uşaqların olduğunu bildirərək avtomobilə minməkdən imtina edib və söhbəti başqa vaxt etməyi deyib.

Bundan sonra Samir avtomobildən düşərək Natiqin yanına gəlib və aralarında sözlü mübahisə yaranıb. Mübahisə zamanı Samir əvvəlcə Natiqə nalayiq ifadələr işlədib, daha sonra onu boyun nahiyəsindən tutaraq ayağından badalaq verməklə yerə yıxıb, yerdə olarkən isə hər iki əli ilə boyun nahiyəsindən sıxıb. Ətrafdan keçən şəxslər müdaxilə edərək onları ayırıb.

Natiq yanında olan azyaşlı qızını qucağına alaraq yaşadığı evə getmək üçün ərazidən uzaqlaşdığı zaman Samir cinayətkar niyyətini davam etdirib, onun arxasınca gedərək bir qədər aralıda yerləşən “Şərq Hamamı” adlı hamam kompleksinin yanında onlara çatıb. Bu zaman Samir Natuiqdən uşağı anasına verməsini tələb edib. Natiq buna razı olmadıqda isə yaxınlaşaraq başı ilə onun sifətinə zərbə endirib.

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hökmü ilə S.İbrahimov Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və ona 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası (elektron qolbaq) təyin edilib.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü S.İbrahimov evlidir. Onun 2 azyaşlı övladı var. S.İbrahimov taksi sürücüsü kimi fəaliyyət göstərirmiş.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər